28-29 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində “1st İnternational advanced liver and pancreas surgery symposium” adlı konfrans keçirildi. Kafedramızın dörd əməkdaşı transplantasiya şöbəsinin müdiri tibb ü.f.d., Ruslan Aydınoğlu Məmmədov, kafedranın dosenti tibb ü.f.d., Faiq Qapaqov, kafedranın baş laborantı tibb ü.f.d., Anar Namazov, 5-ci il rezidenti Elvin İsazadə bu konqresdə iştirak etmişdilər. Bu konqres Türkiyə Respublikasının qaraciyər transplantasiyası cəmiyyəti, orqan transplantasiyası cəmiyyəti, ONKOD və İTN cəmiyyətləri ilə Cənubi Koreyanın Seul şəhərində yerləşən ASAN Tibbi Mərkəzi arasında yaradılmışdır. Başqa konqreslərdən fərqli olaraq bu tədbirdə hər günün ilk yarısı praktik kurslara aid edilmişdir. (I ci gün CUSA kursu, II gün laparoskopik qaraciyər rezeksiyası canlı əməliyyat) və hər günün II ci yarısında mühazirələr və çıxışlar olmuşdur. Konqresə dəvət alan dünya şöhrətli prof., Yan Lerut (Belçika ESOT prezidenti ), prof., Daniel Azoulay (Fransa), prof., İrinel Popescu (Rumuniya), prof., Yaman Tokat (Türkiyə), prof., Sezai Yılmaz (Türkiyə), prof., Şükrü Emre (ABŞ) və başqaları aktiv iştirak etmişdirlər.

