6 ay davam edən kurs müddətində Esmira Əhmədova xəstəxanaların kolorektal cərrahiyyə, uroginekologiya və anal fiziologiya bölmələrində işləyib: “Çanaq dibi cərrahiyyəsinə xüsusi marağımın olmasını nəzərə alaraq koloproktologiyanın bu sahəsində ixtisaslaşan həkimlərlə birgə işləyirdim, çanaq dibi sallanması sindromu olan xəstələrin müayinə və müalicəsində aktiv iştirak edirdim. Bu müddət ərzində bütün proktoloji əməliyyatların, o cümlədən, düz bağırsağın sallanması, anal inkontinensiya, uşaqlığın sallanması, rektosele və sistosele zamanı cərrahi əməliyyatların texnikasını mənimsədim. Proktoloji xəstələrin müayinə üsullarını daha mükəmməl öyrənmək məqsədilə olduğum klinikalarda anal fiziologiya şöbələrində də çalışdım. Anal manomertiya, endoanal ultrasonoqrafiya və rpokotqrafiya kimi müayinələri sərbəst icra edirdim. Bu praktika bacarıqlarımı daha da genişləndirmək və təkmilləşdirmək imkanını verdi”. Hazırda E.Əhmədova anal manometriya, endoanal ultrasəs müayinəsi, proktoqrafiya kimi vacib müayinələri sərbəst icra edir və nəticələrini interpretasiya edir. Bütün bunlarla yanaşı, 6 ay İngiltərənin paytaxtı Londonda yaşamaq həkimin ingilis dili səviyyəsini təkmilləşdirməyə də imkan verib.
Qeyd edək ki, ATU əməkdaşının kurs keşdiyi Barts Health NHS Trust xəstəxanası Avropanın ən böyük klinikalarından biridir. Bundan əvvəl, E.Əhmədova 2016-cı ildə Norveçdə Oslo Universitet Xəstəxanasında kolorektal və çanaq dibi cərrahiyyəsi, anal fiziologiya sahələri üzrə təkmilləşdirmə kursunu keçib.

