Bazar ertəsi, 02 Oktyabr 2017 21:49

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları 3 Türkiyə - Azərbaycan Ortak Hepatoloji Kursunda

29-30 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində 3 Türkiyə-Azərbaycan Ortak Hepatoloji Kursu keçirilmişdir. Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri professor Nuru Yusif oğlu Bayramov və həmin kafedranın assistenti Sevinc Salahova bu kursda iştirak etmişdirlər. Kurs açılışında həmsədr olan professor N.Y. Bayramovun çıxışı olmuş və Azərbaycan Tibb Universiteti adından Türkiyə Qaraciyər Vakfının rəhbəri Yılmaz Çakalogluya hədiyyə təqdim olunmuşdur. Ölkəmizdən 30 nəfər həkim – hepatoloq kursda aktiv iştirak etmişdir. Həkimlərimizdən S.Salahovanın “Elastoqrafiya”, Y. Alxasovun “İL28B polimorfizmi”, Ş.Atayevanın xəstə təqdimatı və G. Ağayevanın “HBV müalicəsi” mövzularda çıxışları olmuşdur.