Cümə, 09 Fevral 2018 15:25
Kök hüceyrələrinin tibbdə tətbiqi mövzusu üzrə beynəlxalq elmi-praktik konfrans
Fevral ayının 2-də Bakıda “Hilton” otelinin konfrans zalında ATU-nun I-cərrahi xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərovun və “Modern Hospital”-ın təşkilatçılığı altında I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun sədrliyi ilə “Tibbdə regenerativ hüceyrələrin tətbiqinə multidissiplinar yanaşma” mövzusunda beynəlxalq elmi-praaktik konfrans keçirildi. Konfransda Türkiyənin nüfuzlu universitetlərinin və klinikalarının, Bakı “Modern Hospital”-nın əməkdaşlarının çıxışları maraqla dinlənildi. Konfransın işində 500-dən artıq həkim iştirak edirdi. Sonda məruzəçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.