7-8 aprel 2015-ci ilə tarixlərində ATU-nun Tədris-Cərrahi Klinikasında I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə rezidentlər üçün Laparoskopik Bacarıqlar Kursu keçirilmişdir. Kursun təşkili və aparılmasında Almaniyanın Münster Universitetinin Nordhorn şəhərində yerləşən klinik bazası Euregio xəstəxanasının baş həkimi Nevzat Doğan və cərrahı, ATU-nun məzunu Rüfət Məhərrəmov yaxından iştirak etmişdilər. Kurs TTC-nin Təlim-Treninq Mərkəzində və cərrahi əməliyyat blokunda keçirilmişdir. Kursda rezidentlərə əvvəl nəzəri məlumat mühazirə şəkilində verildi, sonra laparoskopik virtual və real simulyatorlarda kameranı və alətləri saxlamaq bacarığı, əl-göz koordinasiyası, laparoskopik manipulyasiyalar, düyünün vurulması və tikişlərin qoyulması, həmçinin koaqulyatorla işləmək bacarıqları tədris edildi və rezidentlərin işi qiymətləndirildi. Rezidentlərin hamısı kursda fəal iştirak etmişdir. Kursun sonunda toplanmış ballara görə birinci yeri tutan rezident Saleh Abdullayev Almaniyanın Nordhorn şəhərində yerləşən Euregio klinikasına bir aylıq staj keçmək üçün dəvətlə təltif edildi.
Bazar ertəsi, 13 Aprel 2015 00:52