19 yanvar 2016 tarixində Gürcüstanın tanınmış damar cərrahı Cumber Partsakhaşvili I cərrahi xəstəliklər kafedrasında mühazirə ilə çıxış etdi. Azərbaycan və Gürcüstan xalqları arasında olan qardaş münasibətlərini qeyd edən Dr. Parstakhaşvili müxtəlif, o cümlədən mürəkkəb damar patologiyalar zamanı cərrahi müalicə üsulları barədə geniş məlumat verdi. Dr. Cumber Partsaxaşvili Helsicore klinikası (Tbilisi) və eyni zamanda Halle Universitetinin (Almaniya) klinikasının əməkdaşıdır.

