Bazar, 04 Fevral 2018 22:09

26.01.18 – 30.01.18 tarixlərində rezidentlər üçün növbəti “Təməl Cərrahi və Laparoskopik bacarıqlar” kursunun I hissəsi baş tutmuşdur

Tibb Universitetinin Tədris Cərrahiyyə klinikası və Elmi Tədqiqat Mərkəzində cərrahiyyə ixtisası üzrə rezidentlər üçün növbəti “Təməl Cərrahi Və Laparoskopik bacarıqlar” kursumuz başlamışdır. Kursumuz 3 hissədən ibarətdir: I hissə - əllərin yuyulması, əlcəklərin geyinilməsi, cərrahi alətlərlərlə işləmək, cərrahi düyünlərin bağlanma qaydaları, yaş dəri üzərində kosmetik  və adi tikişlərin qoyulması, ateromanın xaric edilməsi, absesin açılması və drenajı, dəri törəməsinin kəsilib götürülməsi, kəsilmiş vətərin plastikası və s.

II hissə: bağırsaq müsariqəsi damarlarının disseksiyası və bağlanması, bağırsaq anatomozlarının qoyulması və s.

III hissə: laparoskopik alətlərlə işləmək qaydaları, mulyaj üzərində laparoskopik vərdişlər, bokslarda tikiş və düyünlərin qoyulması və s.

Kursumuzun I hissəsi 26.01.18 – 30.01.18 tarixlərində keçirilmişdi.

Kursun rəhbəri:  t.f.d. Azər Hümmətov

Müəllimlər: dos. Şərifov Elmar, assistant Qasımov Elnur

Köməkçi rezidentlər:

V kurs rezidenti – Nərmin Mürvələdova

III kurs rezidenti – İsmayılov Araz