Azərbaycan Tibb Universitetində (ATU) V Beynəlxalq Tibb Konqresi keşirilmişdir. Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə daha sonra ATU-nun himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli toplantıların təşkil olunduğunu bildirdi: “Beşinci dəfədir keçirilən konqresdə Türkiyə və Rusiyanın müxtəlif universitetlərindən, Almaniya, İran, Özbəkistan, Pakistan və İraqdan olan həkimlər, gənc alim və tələbələr iştirak edirlər. Ümumilikdə 650 iştirakçı V Beynəlxalq Tibb Konqresi üçün rəsmi qeydiyyatdan keçib. Bu da bir daha onu sübut edir ki, dünya tibb mütəxəssisləri səhiyyənin qarşısında duran bir çox problemlərin həlli yolları, müxtəlif xəstəliklərin müalicəsi üsullarını tapmaq üçün birgə səy göstərməlidirlər”.
Qeyd edək ki, hər il olduğu kimi bu il də konqres çərçivəsində ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşları – doktorant, tibb ü.f.d., Aynur Səfiyeva “ Role of colonoscopy in colorectal adenoma treatment and colorectal canser scrining” və kafedra müdiri, AMEA-nın müxbir üzvü, prof., N.Y. Bayramovun rəhbərliyi altında beşinci kurs tələbəsi Selcan Paşabəyli “Whipple nədir? Bizim nəticələrimiz”adlı çıxışlarla iştirak etmişlər.




