13 fevral 2015 tarixində I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə ATU-nun Tədris-Cərrahi Klinikasında "Orqanların Transplantasiyası" mövzusunda birgünlük konfrans keçirilmişdir. Konfransda Türkiyənin Malatya şəhərində yerləşən İnonu Universitetinin aparıcı transplantoloqları prof. Sezayı Yılmaz, prof. Cüneyt Kayaalp və başqaları, ATU-nun əməkdaşları prof. Nuru Bayramov, ass. Ruslan Məmmədov və digər mütəxəssislər orqanların transplantasiyasının aktual problemləri barədə çıxış etdi və müzakirə apardılar. Konfrans auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır.